ABŞ kəşfiyyatı Trampa xəbərdarlıq etdi

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin şefi Con Brennan rusların verdikləri vədlərinə əməl etmədiklərini söyləyib. "Yeniavaz.com"ın "Ria Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Bennan Trampa xəbərdarlıq edib ki, rusların vədlərinə inanmaq ABŞ-ın təhlükəsizliyini şübhə altına ala bilər. Brennan eyni zamanda "Bi-bi-si" telekanalına verdiyi müsahibəsində hazırda dünyaya ən böyük təhlükənin Rusiyadan gəldiyini qeyd edib: "Rusiya heç vaxt Qərbin dostu olmayıb və ola da bilməyəcək. Putin SSRİ imperiyasını bərpa etməyə cəhd edir və Qərbi hərbi gücü ilə qorxutmaq üçün daim nüvə müharibəsini gündəmə gətirir. Rusiya hər an Qərbə zərbə endirmək üçün fürsət gözləyir. Ruslar bunu Gürcüstan və Ukrayna ərazilərini işğla etməklə, Suriyaya hərbi qüvvə göndərməklə bir daha sübut etdilər. Ona görə də Tramp Rusiya ilə münasibətlərdə olduqca ehtiyatlı olmalı, onlara heç vaxt inanmamalıdır".

DİGƏR XƏBƏRLƏR

Top