Bakıda qadın polis qəza törədib, 3 nəfər xəsarət alıb

Bakının Qaradağ rayonunda qadın polis idarə etdiyi avtomobillə qəza törədib. Hadisə Səngaçal qəsəbəsində qeydə alınıb. Belə ki, 1977-ci il təvəllüdlü Abdullayeva Mətanət Çapay qızı idarə etdiyi "Nissan" markalı avtomobili aşırıb. Nəticədə sürücü də daxil olmaqla 3 nəfər xəsarət alıb. Xəsarət alanlar 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Onlardan 2-si ilkin yardım göstərildikdən sonra evə buraxılıb. M.Abdullayevanın vəziyyəti isə ağırdır.
Qeyd edək ki, M.Abdullayeva Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşıdır. Xəsarət alan digər 2 nəfərin də M.Abdullayevanın iş yoldaşı olduğu bildirilib. Faktla bağlı araşdırma aparılır./Report

DİGƏR XƏBƏRLƏR

Top