Putin: "Paytaxtı Şərqi Qüds olan bir Fələstin dövlətinin qurulmasını dəstəkləyirik"

Fələstinli həmkarı Mahmud Abbası Beynəlxalq Həmrəylik Günü münasibətilə təbrik edən Rusiya Dövlət Başçısı Vladimir Putin, Moskvanın İsrail-Fələstin böhranındakı mövqeyinin qorunduğunu bildirib. “Yeniavaz.com”, Türkiyə mətbuatına istinadən xəbər verir ki, Putin, Rusiya və Fələstinin əməkdaşlıq və dostluğa əsaslanan münasibətlərinə ənənəvi olaraq sahib olduğunu vurğulayıb.

Rusiyanın bölgədə yaşanan böhranda əhatə edici, ədalətli və daimi həlldən yana olduğunu deyən Putin, İsrail-Fələstin danışıqlarına yenidən başlanması və Fələstinin milli kimliyini yenidən təsis etməsi barədə hər addımı atmağa hazır olduğunu bildirib. Putin, “1967 sərhədlərinə tabe olan və paytaxtı Şərqi Qüds olan bir Fələstin dövlətinin qurulmasını dəstəkləyirik”-deyə sözlərinə davam edib.

Xatırladaq ki, Putin, Abbas və Netanyahuya 9 Sentyabrda Moskvada üz-üzə görüşməyi təklif etmişdi. Ancaq, Abbas Netanyahunun görüşün təxirə salınmasını tələb etdiyi üçün Sentyabrın 9-da keçirilməsi planlaşdırılan görüşün reallaşmayacağını bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top