Kreml Ankaradan Ərdoğanın sözlərinə görə izahat gözləyir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyanən dövlət başçısı Bəşər Əsədfin devrilməsi ilə bağlı sözləri Moskvanın Suriyada vəziyyəti tənzimləmə üzrə mövqeyi ilə üst-üstə düşmür. Kremldə ümid edirlər ki, Ankara bu məsələ ilə bağlı izahat verəcək. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi DmitRİ Peskov deyib. Onun sözlərinə görə, R. T. Ərdoğanın bəyanatı həqiqətən də yeni xəbər oldu: “Bu çox ciddi bəyanatdır”. Kreml nümayəndəsi qeyd edib ki, R. T. Ərdoğanın sözlərinin Rusiya-Türkiyə münasibətlərinə mümkün təsiri barədə danışmaq hələ tezdir: “Bu bəyanat yenidir. Buna görə də hər hansı fikir yürütməzdən əvvəl həmin mövqenin izah edilməsinə ümid edirik”. Xatırladaq ki, ötən gün R. T. Ərdoğan bildirmişdi ki, Ankara Suriyada hərbi əməliyyata B. Əsədin hakimiyyətinə son qoymaq üçün başlayıbş

DİGƏR XƏBƏRLƏR

Top