Türkiyədəki erməni abidəsi dağıdılacaq

Türkiyənin Tunceli rayonunda tikilən erməni abidəsi haqqında məlumat vermişdik. "Yeniavaz.com" Türkiyənin "Sözcü" qəzetinə istinadən xəbər verir ki, həmin qəzetin yazarı Sayqı Öztürkün yazısından sonra Tunceli valiliyi abidəni dağıtma qərarı verib. Məlumat üçün bildirək ki, abidə 26 aprel 2015-ci ildə açılmışdı. Açılışa Yunanıstandan, Fransadan erməni diasporasının təmsilçiləri qatılmışdı.

2007-ci ilin yanvar ayında sui-qəsd nəticəsində ölən erməni jurnalist Hrant Dinkin də adının yazıldığı abidədə ASALA və PKK terrorçularından Armenak Bakırçıyan, Manuel Dəmir, Nubar Yanıkyan, Kevork Çavuş, Monte Melkonyan və Andranik Ununyanın da adları yazılmışdı.

Monte Melkonyan kimdir?

Melkonyan Erməni ASALA terror təşkilatının liderlərindən biri olaraq tanınırdı. 1993-cü ildə Qarabağda Ermənistan ordusunda əsas adamlardan biri olub. Bu erməni terroristinin əlinin yüzlərlə azərbaycanlının qanına bulaşdığını təsdiq edən dəlillər var. Xocavənd rayonunun Qaradağlı kəndinin işğal edilməsinə başçılıq edən də məhz Melkonyan olub.

Rasim Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top