Dünyanın ikinci ən uzun ömürlü insanı İranda yaşayır FOTO

Bu ilin payızında İranda aparılmış əhalinin siyahıya alınmasında 1882-ci il təvəllüdlü kişi qeydiyyata alınıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Sakkez şəhərində yaşayan Əhməd Sufi adlı uzun ömürlünün 134 yaşı var. Bunadək İranın ən uzun ömürlü sakini 130 yaşlı kişi hesab edilirdi. İndi isə Ə. Sufi nəinki İranın ən yaşlı insanıdır, o həm də dünyanın ikinci uzun ömürlüsüdür. Hazırda dünyanın ən yaşlı insanı 1870-ci ildə İndoneziyada anadan olmuş 145 yaşlı Sidimecodur.

DİGƏR XƏBƏRLƏR

Top