Mosul əməliyyatında 24 nəfər həlak olub

İraqda oktyabrın 17-də başlayan Mosul əməliyyatı çərçivəsində daha 24 nəfər həlak olub. “Yeniavaz.com”, Türkiyə mətbuatına istinadən xəbər verir ki, İraqda beynəlxalq koalisiya qüvvələrinin Mosula təşkil etdiyi bombardmanda ölənlərin 14-ü vətəndaş, 10-u İŞİD üzvü olub.

İraq Təhlükəsizlik Təşkilatı üzvü Mayor Derid Hadir əs-Saduni bildirib ki, koalisiya qüvvələrinə bağlı olan hərbi təyyarələr, Mosulun şimalındakı Sinaa Vadi Əqabə bölgəsindəki İŞİD-ə məxsus mövqeləri atəşə tutub. Sadunini sözlərinə görə, hücumun ardınca bölgədəki partlayıcı maddələrin yanması nəticəsində 14 nəfər vətəndaş həlak olub.

Terrorla Mübarizə Təşkilatı üzvü Polkovnik Yəhya Mahmud əl-Kərtani isə bildirib ki, ordu birlikləri, Mosulun şimalındakı Əl-Qasidiyyə əs-səni məhəlləsi yaxınlığında bomba yüklü nəqliyyat vasitəsini yararsız hala gətirib.

Qeyd edək ki, əməliyyata ABŞ koalisiyası da hava dəstəyi təmin edir.

DİGƏR XƏBƏRLƏR

Top