"Qara bağ" beynəlxalq festivala dəvət alıb

Amil Məmiyevin "Qara bağ" filmi "Qırğızıstan - Qısametrajlı Filmlər Ölkəsi" Beynəlxalq Film Festivalına dəvət alıb. Festival 12-15 dekabr tarixlərində Bişkek şəhərində keçiriləcək. Bu barədə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından saytımıza məlumat verilib.

"Qara bağ" bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dörd gənc rejissor tərəfindən lentə alınan "40-cı paraleldə" kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir.

"Qara bağ" filminin ssenari müəllifi Amil Məmiyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Əziz Məmmədov, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Elxan Abbasov, Vidadi Əliyev, Rasim Cəfərov və digərləri canlandırırlar.

DİGƏR XƏBƏRLƏR

Top