Putin-Ərdoğan görüşünə hazırlıq gedir

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın görüşünə hazırlıq gedir. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu V. Putunin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, görüş 2017-ci ildən tez baş tutmayacaq: “Bununla belə prinsip olaraq görüş olduqca tezliklə baş tutacaq. İkitərəfli əlaqələrin həcmi çox böyükdür, bərpa ediləsi çox şey var. Bir çox sahələrdə genişləndirmə üzrə planlar var. Hazırda hökumətlərarası komissiya səviyyəsində iş aparılır ki, bunu dövlətlərarası səviyyədə iki ölkənin prezidenti səviyyəsinə çıxarılsın”.

DİGƏR XƏBƏRLƏR

Top