"Azərbaycan ən yaxın dostu kimi hər zaman Belarusa arxalana bilər".

“Azərbaycan Belarusla bütün sahələrdə əməkdaşlığı fəal şəkildə davam etdirmək əzmindədir”.

Bbunu Azərbaycan prezidenti İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenko ilə Bakıda keçirdiyi görüş zamanı bildirib.

O qeyd edib ki, iki ölkə rəhbərləri arasında keçirilən görüşlər mütəmadi xarakter daşıyır: “Bu o deməkdir ki, ölkələrimiz arasında ən böyük dostluq və qardaşlıq münasibətləri mövcuddur”.

"Azərbaycan ən yaxın dostu kimi hər zaman Belarusa arxalana bilər".

Bunu isə Azərbaycanda rəsmi səfərdə olan Belarus prezidenti Aleksandr Lukaşenko prezident İlham Əliyevlə təkbətək görüşdə deyib.

Onun sözlərinə görə, Belarus hər zaman Azərbaycan üçün faydalı olan hər şeyi edəcək: “Bizim imkanlarımızı siz yaxşı bilirsiniz. Siz Belarusun böyük dostusunuz. Bizim aramızda qapalı mövzu yoxdur. Biz bütün istiqamətlərdə əməkdaşlıq edirik və edəcəyik. Biz öz əməkdaşlığımızla heç kəsə zərər vermirik, fəaliyyətimizə aid ən aktual məsələlərinin müzakirəsi zamanı açığıq, gələcəkdə də açıq olacağıq”.

Lukaşenkonun sözlərinə görə, Belarus Azərbaycanla neft sahəsində uzunmüddətli perspektiv üçün əməkdaşlıq etməyə hazırdır.

“Əgər sizin Avropa bazarında, eləcə də başqa bazarlarda marağınız varsa, gəlin, oturaq danışaq. Biz Azərbaycanın maraqları tələb etdiyi qədər irəli getməyə hazırıq”, - deyə Belarus prezidenti bildirib. APA

DİGƏR XƏBƏRLƏR

Top