Suriyadan Qətərə sərt ismarıc

Qətərin Suriyada müxalifəti silahlandırmağa davam etmək niyyəti onu ekstremizm və terrorçuluğun mənbəyinə çevirir. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Suruya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Bəyanatda bildirilir ki, Qətərin Suriyada yaraqlılar üçün silah tədarükünə davam etməsi növbəti məğlubiyyətlər qarşısında terrorçu qruplaşmaların mənəvi ovqatını artırmaq vasitəsidir. Daha əvvəl Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman əl-Tani bəyan etmişdi ki, ölkəsi Suriyanın müxalif dəstələrini silahlandırmağa davam edəcək: “ABŞ-ın yeni administrasiyası belə bir dəstəyi dayandırsa belə, Qətər davam etdirəcək”.

DİGƏR XƏBƏRLƏR

Top