Ermənistan Müdafiə naziri: "Rusiya bizi müdafiə edəcək"

Ermənistan müdafiə naziri Viqen Sarkisyan Rusiya və Ermənistan silahlı qüvvələrinin birləşdirilməsinin ölkəsinə qarşı hərbi təcavüzün qarşısının alınmasında mühüm rol oynayacağını söyləyib. Bununla əlaqədar "Yeniavaz.com" saytının "Kommersant. ru"ya istinadən verdiyi məlumata görə, Sarkisyan deyib ki, artıq Rusiyanın Ermənistanı müdafiə etməsi üçün ciddi hüquqi baza formalaşıb. Onun sözlərinə görə Ermənistana təhlükə bir neçə istiqamətdən gəlir və yalnız Rusiya onları qorumağa qadirdir. Hazırda Moskvada səfərdə olan Viqen Sarkisyan "İnterfaks agentliyinə verdiyi müsahibəsində: "Bizə hücum ediləcəyi təqdirdə Rusiya xahişimizi gözləmədən dərhal düşmənlərimizə havadan və qurudan zərbələr endirəcək. Çünki bu barədə Rusiya öz üzərinə müvafiq öhdəlik götürüb. Bununla bağlı əlavə hüquqi sənəd isə Moskvada imzalanacaq. Moskvaya səfərimdən bir məqsəd də bununla bağlıdır",-deyib.

DİGƏR XƏBƏRLƏR

Top