Bədii gimnastika Rio Olimpiadasının proqramından çıxarıla bilərdi

Bədii gimnastika 2016-cı il Rio de-Janeyro Yay Olimpiya Oyunlarının proqramından çıxarıla bilərdi. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova deyib. Onun sözlərinə görə, Olimpiadada bədii gimnastikada yer uğrunda mübarizə korrupsiya və fırıldaqçılıqda ittiham edilən 30 hakimdən ibarət siyahı ilə başlamışdı: “Onları diskvalifikasiya edə bilərdilər və bütün bunlar bədii gimnastikanın Olimpiadanın proqramından çıxarılması ilə nəticələnə bilərdi. Bunun baş verməməsi üçün xeyli həcmdə pullar xərcləndi”.

DİGƏR XƏBƏRLƏR

Top