Peterburq metrosunda törədilmiş terror aktının təşkilatçısı saxlanılıb

Sankt-Peterburq metrosunda törədilmiş terror aktının mümkün təşkilatçılarından biri Moskva bölgəsinin Odintsov rayonunda saxlanılıb. “Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqərlər Mərkəzindən (İƏM) deyiblər. İƏM-dən qeyd ediblər ki, saxlanılan Mərkəzi Asiya regionundan olan 1990-cı il təvəllüdlü Abror Əzimovdur: “Saxlanılan intiharçı-terrorçu Əkbərcan Cəlilovun hazırlığı ilə məşğul olub. Hazırda Əzimov İstintaq Komitəsinə aparılıb”.

Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburqda metro qatarının vaqonunda əldəqayırma bombanın partlaması nəticəsində 15 nəfər (o cümlədən şübhəli bilinən terrorçu) həlak olub, 50-dən çoxu isə yaralanıb. Bundan başqa, “Ploşad Vosstaniya” stansiyasında işə düşməmiş partlayıcı qurğu aşkarlanıb, o zərərsizləşdirilib. İstintaq güman edir ki, Qırğızıstan əsilli intiharçı-terrorçu Əkbərcan Cəlilov (1995-ci il təvəllüdlü) bombanı işə salıb. Hüquq-mühafizə orqanları onun şəriklərini axtarır.

DİGƏR XƏBƏRLƏR

Top