Türkiyəli turistlər Rusiyaya vizasız səfər edəcəklər

Rusiyanın Baş naziri Dmitri Medvedev 18 ölkədən olan turistlər və sahibkarlar üçün Rusiyanın Uzaq Şərq regionuna vizasız səfər üzrə yeni imkan barədə məlumat verib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu D. Medvedev müavinləri ilə keçirdiyi yığıncaqda deyib. Onun sözlərinə görə, güzəştli rejimdən istifadə edə biləcək vətəndaşların aid olduğu ölkələrin siyahısını təsdiq edib: “Sahibkarlar və turistlər Rusiya vizasını alarkən ənənəvi prosedurdan keçməyəcəklər. Əcnəbilərin internetdə xüsusi sayta özləri barədə məlumatları yerləşdirməsi kifayət edəcək. Uzaq Şərqdə müasir infrastrukturu aktiv şəkildə formalaşdırırıq. Digər ölkələrdən olan turistlər və sahibkarlar üçün viza prosedurlarının ləğvi Uzaq Şərqin investisiya və turizm cəlbediciliyini artırmağa kömək edəcək. Siyahıya qarşılılıq prinsipi üzrə seçilmiş müxtəlif regionlardan 18 ölkə daxil edilib. Kim bizə eyni yanaşma ilə müraciət etsə, biz də müvafiq olaraq vizasız səfərlər barədə ikitərəfli sazişləri tətbiq edəcəyik”.

Nazirlər Kabinetinin rəsmi saytına əsasən, 18 ölkə siyahısına Əlcəzair, Bəhreyn, Bruney, Hindistan, İran, Çin, Şimali Koreya, Küveyt, Mərakeş, Meksika, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Tunis, Türkiyə və Yaponiya daxildir.

DİGƏR XƏBƏRLƏR

Top