Putin deportasiya edilmiş ermənilər barədə qanun imzaladı

Rusiya Prezidenti Vladimir Putin Krım Muxtar Sovet Sosialist Respublikası ərazisindən qanunsuz deportasiya edilənlər üçün Rusiyada daimi yaşayış hüququnun əldə edilməsində sadələşdirilmiş qaydanı nəzərdə tutan federal qanunu imzalayıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, sənəd vətəndaşların özlərinə, habelə onların qohumlarına – nənələr, babalar, ata, ana, arvad, ər, uşaqlar, nəvələr, qardaş, bacı, övladlığa götürən- şamil edilir. Bundan sonra Rusiya pasportu almaq üçün müvəqqəti yaşama üzrə icazəni rəsmiləşdirmək tələb olunmur. Lakin Rusiyanın prokurorluq orqanları, daxili işlər orqanları və ya məhkəmənin verdiyi reabilitasiya haqqında arayışın təqdim edilməsi lazımdır. Qanun Rusiya prezidentinin “Erməni, bolqar, yunan, italyan, krım-tatar və alman xalqlarının reabilitasiyası və onların dirçəlməsi və inkişafına dövlət dəstəyi üzrə tədbirlər haqqında” fərmanının icrası üçün hazırlanıb. Krımın Daxili İşlər Nazirliyinin məlumatına görə, 2014-cü ilin mayından 2015-ci ilin fevralınadək reabilitasiya haqqında arayışın verilməsi barədə vətəndaşların 18 min 345 ərizəsi təqdim edilib. İlkin məlumata əsasən, belə vətəndaşların həqiqi sayı təqribən 40 min nəfərdir.

DİGƏR XƏBƏRLƏR

Top