“Qafqaz əmiri” öldürüldü

İŞİD terror qruplaşmasının başçısı Əbubəkr əl-Bağdadinin əsas köməkçilərindən biri Mosulun qərbində öldürülüb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, naməlum şəxslər “Qafqaz əmiri” ləqəbli Hasbullah əl-Qafqazini Tall-Afardakı evində öldürüblər. Onun ölümündən sonra İŞİD silahlıları ümumi səfərbərlik elan ediblər və qatillərin tapılması üçün Tall-Afardakı yaşayış məhəllələrini yoxlayırlar.

Xatırladaq ki, İraq ordusunun fevralda başladığı əməliyat ərzində Mosulun qərb hissəsinin 60 faizindən çoxu İŞİD-dən azad edilib. Şəhərin şərq hissəsi isə 2016-cı ilin oktyabrında başlamış əməliyyat zamanı tam azad edilib.

DİGƏR XƏBƏRLƏR

Top