.jpg)
Bu gündən başlayaraq İsrail Gürcüstandan olan qeyri-qanuni miqrantlarla bağlı sərt tədbirlərə əl atacaq. "Yeniavaz.com"un vestikavkaza.ru-ya istinadən verdiyi məlumata görə, İsrail hökumət orqanları aşkar etdikləri və siyasi sığınacaq almaq hüququ olmayan qeyri-qanuni gürcü miqrantları dərhal geriyə, Gürcüstana deportasiya edəcək. Bununla bağlı İsrail Xarici işlər nazirliyinin yaydığı bəyanatda deyilir: "Gürcüstandan olan və İsraildən siyasi sığınacaq almaq istəyən miqrantların ərizələrinə qısa müddətdə baxılacaq. Siyasi sığınacaq hüququ verilməyən miqrantlar isə dərhal ölkədən çıxarılacaqlar."
İsrail hökumətinin belə bir qərar qəbul etməsinə səbəb son illərdə Gürcüstandan qeyri-qanuni yollarla adı çəkilən ölkəyə çoxlu sayda miqrantın axın etməsi və sonra da onların ölkələrində guya təqib edildiklərini bəhanə edərək siyası sığınacaq almaq istəmələridir. Bu ilin fevral ayında vəziyyəti araşdıran İsrailin müvafiq qurumları Gürcüstanda vəziyyətin siyasi baxımdan normal olduğunu müəyyən edib. Nəticədə Gürcüstanın adı dini, siyasi və etnik baxımdan vətəndaşların təqib edilmədiyi ölkələr siyahısına daxil edilib. Amma Gürcüstandan müxtəlif yollarla İsrailə axının davam etməsi və onların hər vasitə ilə burada siığınacaq almaq istəməsi ölkə rəhbərliyini məsələ ilə bağlı sərt addımlar atmağa məcbur edib.
Xatırladaq ki, hələ bir müddət öncə İsrailin Gürcüstandakı səfiri Şabtay Sur bəyan etmişdi ki, 2016-cı ildə ölkəyə axın edən gürcülərin 80 faizi geri qayıtmayaraq qeyri-qanuni yollarla burada yaşamağa və işləməyə cəhd göstəriblər.
Tətbiqimizi yükləyə bilərsiniz