Merkeldən Ərdoğana referendum çağırışı

Almaniya hakimiyyəti Türkiyədə referendumun aralıq nəticələrini diqqətə alıb və Ankara hökumətini ölkədəki bütün siyasi qüvvələr ilə hörmətcil dialoqun axtarışına çağırır. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Almaniya Kansleri Angela Merkel və xarici işlər naziri Ziqmar Qabrielin birgə bəyanatında deyilir. Bəyanatda qeyd edilir ki, Almaniya Türkiyə vətəndaşlarının konstitusiya dəyişiklikləri barədə qərar vermək hüquna hörmət edir: “Səsvermənin nəticəsi göstərir ki, Türkiyə cəmiyyəti nə qədər güclü parçalanıb. Bu, Türkiyə rəhbərliyinin və şəxsən prezident Ərdoğanın böyük məsuliyyəti deməkdir. Almaniya gözləyir ki, Türkiyə hökuməti referendumun keçirilməsi üzrə sərt kampaniyadan sonra ölkədə bütün siyasi və ictimai qüvvələr ilə hörmətcil dialoqa can atacaq”.

DİGƏR XƏBƏRLƏR

Top