Göyçaydan Rusiyaya pul qazanmağa getmişdi

Rusiyada Azərbaycan vətəndaşı itkin düşüb. Yeniavaz.com saytının lent.az-a istinadən məlumatına görə, noyabrın 8-dən Göyçay rayon sakini Zeynalov Elşən Ağaveyis oğlundan xəbər yoxdur. Həmin gündən onun telefonuna zəng çatmır.

Elşəni sonuncu dəfə Ryazan şəhərində kafelərin birində görüblər. Həmin kafedə həmyerlilərinə bildirib ki, Ulyanovsk şəhərinə, tərəvəz gətirməyə gedəcək. Noyabrın 8-də yaşadığı evin Valya adlı sahibəsi ilə vidalaşaraq evdən gedib. Və həmin gündən ondan xəbər yoxdur.

Elşən Zeynalovun qardaşı Elxan hazırda onun axtarışı üçün Rusiyadadır. Amma hələ ki qardaşıyla bağlı bir məlumat ala bilməyib.

DİGƏR XƏBƏRLƏR

Top