DGK külli miqdarda siqaret aşkar edib

Rusiya istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz 220" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacağının alt hissəsində döşəmənin altından gömrük nəzarətindən gizlədilən 3000 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top