Bahçelidən referendum açıqlaması

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli referendumda səs verib. “Yeniavaz.com”un “YeniŞafak” qəzetinə istinadən verdiyi məlumata görə, MHP lideri səsvermə hüququndan Ankarada istifadə edib.

D. Bahçeli səs verdikdən sonra jurnalistlərə qısa açıqlama verib: “Bu gün vətəndaşlıq vəzifəmizi yerinə yetirdiyimiz üçün çox xoşbəxt olduğumu bildirmək istəyirəm. Bu gün millətimizin həyatında önəmli dönüş nöqtəsidir. Türkiyədə siyasət gələcəklə bağlı yeni quruculuğa doğru addımlayacaq. Yüksək seçici fəallığını gözləyirik. Mən hamınıza təşəkkür edirəm”.

DİGƏR XƏBƏRLƏR

Top