Əsədin xanımı Britaniya vətəndaşlığından məhrum edilə bilər

Suriya Prezidenti Bəşər Əsədin xanımı Əsmanın Böyük Britaniya vətəndaşlığından məhrum edilməsi tələb edilir. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu tələblə Böyük Britaniya parlamentinin bəzi üzvləri ölkənin Daxili İşlər Nazirliyinə müraciət ediblər. Müraciətə qoşulanlar arasında Britaniyada yaşayan suriyalılar da var. Parlamentin üzvü Nədim Zəhavi bəyan edib ki, B. Əsədin xanımı hərbi cinayətlər törədən təbliğat maşınının tərkib hissəsidir və B. Əsədi istənilən vasitələrlə, o cümlədən xanımına təzyiq göstərməklə təqib etməyə çağırıb.

Qeyd edək ki, Əsma Əsəd Londonda anadan olub, Suriya və Britaniya pasportuna sahibdir. İkinci vətəndaşlığın olması ölkə hakimiyyətinə Ə. Əsədi Britaniya təbəəsi olmaqdan məhrum etməyə imkan verir.

DİGƏR XƏBƏRLƏR

Top