Fenomen Nüsrət referendumda səs verərkən məşhur hərəkətini etdi

Ətlərə duz səpmə hərəkəti ilə dünya miqyasında femomenə çevrilən Nüsrət Gökçe Türkiyədə keçirilən referendumda səs verərkən məşhur hərəkətindən istifadə edib. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, yayımladığı videolarla sosial mediada qısa müddət ərzində məşhurlaşan və “İnstagram”da 6 milyion izləyicisi olan N. Gökçe səs verdikdən sonra paylaşdığı foto ilə yenidən təəccübləndirib. Siyasətdən anlayışı olmadığını deyən N. Gökçe yalnız vətəndaşlıq vəzifəsini yerinə yetirdiyini bildirib: “Heç nə demək istəmirəm, hər kəsin öz iradəsi var”.

DİGƏR XƏBƏRLƏR

Top