"Həmin yer üçün böyük pullar veriblər, "haqlar" da lazımi yerlərə çatıb" - FOTOLAR

"Ovçular evi" ətrafında baş verən ağac qətliamı düz 3 il əvvəl həmin yerin yaxınlığında - binamızın ətrafında (Yasamal rayonu, "Bayraq meydanı"nın 20-30 metrliyində) baş vermişdi. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev işbazlarla əlaqəyə girərək, 50 illik ağacların kəsilməsinə şərait yaratdı". "Yeniavaz.com" xəbər verir ki, bu barədə tanınmış ekspert Elxan Şahinoğlu məlumat verib.

"Deməli, 1 ay ərzində gecələr ağacları kəsdilər, eitraz etdik, yeni ağaclar əkdik, yenə də gecə ikən gəlib qopatdılar. Maşınımı gecə ikən əzdilər, mənə "sövdələşmə" mesajı göndərdilər, polisə apardılar, ancaq müqavimətimi davam etdirdim. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən gəlib tikinti aparanları 20 min manat cərimə etdilər. Ancaq sonra bildim ki, gözə kül üfürürlər, həmin nazirliyinin müfəttişləri də bu işin içində idilər",-deyə ekspert bildirib.

"Avqustda ailəmlə iki həftəlik istirahətə getdik, fürsətdən istifadə edərək ağacları qopartdıqları yerdə iki böyük mərkəzin tikintisinə başladılar. Bakıya qayıtdıqda artıq gec idi. İbrahim Mehdiyev də müsahibəsində dedi ki, guya bağca tikəcəklər. İcra başçısının yalan danışdığını elə o zaman saytlara bildirdim. Bağça zad tikilmədi. Böyük yerlərdə qohumu olan birisi məhəlləmizdə uşaq bağçasıyla yaxından uzaqdan əlaqəsi olmayan mərkəz tikdi. O zaman mətbuat və televiziya apardığım mübarizədə mənə böyük dəstək verdi, hamısına minnətdaram. Düşündüm ki, bu qədər haray həşirdən sonra Yasamal icra başçısı işbazlara başqa yer təklif edər. Olmadı, elə ağac qətliamını həyata keçirdikləri yerdə tikdilər, çünki əlbir idilər.

Düzünü desəm, prezidentin "Ovçular evi" ətrafındakı növbəti ağac qətliamı ilə bağlı kəskin reaksiyasına baxmayaraq, məndə əminlik yoxdur ki, həmin yerdə yaxın gələcəkdə tikinti olmayacaq. Həmin yer üçün böyük pullar veriblər, "haqlar" da lazımi yerlərə çatıb. Onsuz da 54 ağacı yerindən qopardıblar, sahə boşalıb, ara sakitləşəndən sonra tikintiyə başlayacaqlar. Çünki ortada böyük pullar var, belələri insan qanı da tökərlər ki, verdikləri rüşvətin əvəzini ala bilsinlər".

DİGƏR XƏBƏRLƏR

Top