Suriyada mühasirədən çıxıb terrora düşdülər...

Suriyada mühasirə bölgələrindən köçürülənlərin avtobus karvanına terror hücumu nəticəsində həlak olanların sayı yüzü keçib.

"Anadolu" agentliyinin yaydığı məlumata görə, bölgələrdən gələn karvanın Rəşidində nəzarət məntəqəsində gözlədiyi vaxt minalanmış avtomobillə partlayış törədilib.

Partlayışın olduqca şiddətli olduğu, ölənlərin say-hesabının olmadığı bildirilir. Yaralananlar xəstəxanalara təcili yardım maşınları, pikaplar və hər cür avtomobillərlə daşınıb.

Bəzi yaralılar Türkiyədə müalicə olunmaq üçün Hatay vilayətinin Reyhanlı rayonunda yerləşən sərhəd-keçid məntəqəsinə gətirilib.

DİGƏR XƏBƏRLƏR

Top