Hələbdə baş verən partlayış nəticəsində azı 70 nəfər həlak olub

Suriyanın Hələb şəhərində baş verən partlayış nəticəsində azı 70 nəfər həlak olub, 130 nəfər yaralanıb. Minalanmış maşın təxliyə edilmiş vətəndaşların avtobuslarının dayanacağında partlayıb. Həlak olanlar arasında Fua və Kefraya yaşayış məskənlərindən avtobuslar vasitəsilə təxliyə edilən çoxlu sayda qadın və uşaq var idi. Fua və Kefraya artıq 3 ildir terrorçuların nəzarətindədir. Mühasirədə olan əhali aclıqdan əziyyət çəkir. Yaraqlılar tərəfində öldürülənlərin sayı iki mini keçib.

DİGƏR XƏBƏRLƏR

Top