Çexiya 12 qaçqınla kifayətləndi: daha qaçqın qəbul etməyəcək

Çexiya Avropa İttifaqının (Aİ) ölkə üçün ayırdığı 1,6 min nəfərlik kvotadan 12 qaçqın qəbul edib və bundan sonra digərlərini qəbul etmək niyyətində deyil. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Çexiyanın daxili işlər naziri Milan Xovanets deyib. Onun sözlərinə görə, Aİ-nin bir neçə milyon avro həcmində sanksiyalara məruz qoya biləcəyinə baxmayaraq, Çexiya daha qaçqın qəbul etməyəcək: “Qalan qaçqınların cari yoxlanması göstərir ki, bundan sonra artıq heç kəsi qəbul etmək olmaz”. Nazir qeyd edib ki, hazırda İtaliya və Yunanıstandakı düşərgələrdə yerləşən miqrantların Çexiya təhlükəsizlik xidmətləri tərəfindən yoxlanılması bir neçə həftə və hətta ay davam edir və böyük çətinliklərlə müşahidə olunur: “Qaçqınlar yoxlama zamanı Yunanıstan və ya İtaliyada qalmaq həvəsi göstərmirlər. Bununla əlaqədar tərəfimizdən yoxlamalar yekunlaşıb. Yekun qərarı hökumət verməlidir”.

DİGƏR XƏBƏRLƏR

Top