Lavrov: Türkiyə bizi inandırır

Rəsmi Moskva Suriya üzrə Rusiya, İran və Türkiyə ekspertlərinin (Astana formatı) gələn həftə Tehranda görüşünün keçiriləcəyini təsdiq edir. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, Astana formatı fəaliyyət göstrməyə davam edir. S. Lavrov qeyd edib ki, gələn həftə Tehranda ekspertlərin görüşü keçiriləcək, onlar mayın 3-4-də Astanada baş tutacaq raunda hazırlığı müzakirə edəcəklər: “Silahlı müxalifətdən aldığımız siqnallar təsdiq edir ki, onlar raunda hazırlaşırlar. Onlarla işləyən türkiyəli həmkarlarımız bu məsələdə bizi inandırırlar”.

DİGƏR XƏBƏRLƏR

Top