"Əgər Ermənistanda "rəngli inqilab" olsa, Rusiya bütün zəhərini üstümüzə tökəcək"

Bir neçə gün öncə prezident Vladimir Putinin Rusiyanın MDB və KTMT məkanında "rəngli inqilablar"a imkan verməyəcəyini bəyan etməsi Ermənistanda özünəməxsus şəkildə əks-sədaya səbəb olub. "Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə, Birinci İnformasiya kanalına müsahibəsində siyasi ekspert Ruben Mehrabyan Rusiyanın "rəngli inqilablar"la mübarizə pərdəsi adı altında özünün MDB məkanındakı maraqlarını qoruyub saxlamağı düşündüyünü söyləyib: "Hər hansı bir MDB məkanında xalqın öz iradəsini nümayiş etdirərək demokratik yollarla seçkilər keçirmək cəhdi Rusiya tərəfindən "rəngli inqilab" kimi qəbul edilir. Korrupsiya ilə mübarizə və Qərblə yaxınlaşmaq istiqamətində atılan addımlar belə Rusiya üçün "rəngli inqilab" anlamına gəlir. Bu müstəvidə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) da soyuq müharibə dövründə yaradılan Varşava müqaviləsinin təkrarından başqa şey deyil. Əgər kimsə o vaxt buna qarşı çıxırdısa, onu antisovet adlandırırdılar. İndi isə bunun əvəzinə "rəngli inqilab" bəhanəsini işə salıblar. Əgər Ermənistanda xalq demokratik seçkilər keçirərək inandığı, etibar etdiyi adamları hakimiyyətə gətirsə, "rəngli inqilab" olsa, onda Rusiya bütün zəhərini üstümüzə tökəcək. KTMT də Rusiyaya bu hərbi alyansa üzv ölkələrdə xalqın azad iradəsinə mane olmaq, buna "rəngli inqilab” donu geydirərək onu boğmaq üçün lazımdır".

DİGƏR XƏBƏRLƏR

Top