Gürcüstanla Azərbaycan arasında pul köçürmələrinin həcmi artıb

Ötən ay Gürcüstandan Azərbaycana müxtəlif elektron pulköçürmə sistemləri ilə 609,1 min dollar pul köçürülüb. Gürcüstan Milli Bankı xəbər verir ki, bu, 2016-cı ilin mart ayı ilə müqayisədə 268,9 min dollar və ya 63,84% çoxdur. 2017-ci ilin fevral ayı ilə müqayisədə cari ilin martında Gürcüstandan ölkəmizə pul axını 70,4 min dollar və ya 13,07% artıb. Ötən ay Azərbaycandan Gürcüstana 1 mln. 232,2 min dollar pul göndərilib ki, bu da 2016-cı ilin mart ayına nisbətən 366,9 min dollar və ya 42,40% çoxdur. Bu ilin mart ayı ilə fevral ayını müqayisə edəndə məlum olur ki, ötən ay Azərbaycandan Gürcüstana pul köçürmələrin həcmi 11,6 min dollar və ya 0,95% artıb.Apa

DİGƏR XƏBƏRLƏR

Top