.jpg)
Cümə günü Aralıq dənizini keçməyə cəhd göstərən 2 mindən çox miqrant xilas edilib. RİA "Novosti" xəbər verir ki, bu barədə İtaliyanın Sahil Mühafizə Xidmətinə (SMX) istinadən "Reuters" məlumat yayıb. Məlumata görə, ümumilikdə 19 əməliyyat həyata keçirilib. Eyni zamanda "Sərhədsiz həkimlər" təşkilatı qayıqlardan birində yeniyetməyə məxsus meyitin aşkar edildiyini xəbər verib. İtaliyanın SMX faktı təsdiqləyib.Report
Tətbiqimizi yükləyə bilərsiniz