ABŞ Rusiya təcavüzünə qarşı Avropaya “F-35” qırıcıları göndərir

ABŞ müttəfiqlərə zəmanətlər üzrə təşəbbüs çərçivəsində Avropaya az sayda “F-35A Lighting II” qırıcı-bombardmançı təyyarələrini göndərəcək. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Müdafiə Nazirliyindən bildiriblər. Nazirlikdən qeyd ediblər ki, ABŞ Hərbi Hava Qüvvələri daha əvvəl planlaşdırılmış təlimlərə az sayda “F-35A Lighting II” göndərəcək: “Təyyarələr növbəti bir neçə həftə ərzində ABŞ-ın və NATO-nun Avropada yerləşdirilmiş digər təyarələri ilə təlimlərə cəlb ediləcəklər. Barak Obama administrasiyası Avropalı müttəfiqlərə zəmanətlər proqramı çərçivəsində təlimlərə Rusiya təcavüzü ilə mübarizə səbəbilə start verib. Nazirlikdən əlavə ediblər ki, “F-35” təyyarələrinin 2020-ci illərin əvvəllərində Avropada daimi əsasda yerləşdirilməsi planlaşdırılır.

Xatırladaq ki, ABŞ-ın “F-35” təyyarələrinin istehsalı proqramında ümumilikdə 12 ölkə iştirak edir. Bunlar ABŞ-la yanaşı, İngiltərə, Kanada, Avstraliya, Cənubi Koreya, İtaliya, Danimarka, Hollandiya, Yaponiya, Norveç, İsrail və Türkiyədir. Beşinci nəsil qırıcı təyyarə kimi təqdim edilən “F-35”in bir sıra üstünlükləri var – azgörünmə qabiliyyəti, inkişaf etmiş avionikalar, yüksək göstəricili mühərrik, şəbəkə mərkəzli savaş təchizatı.

DİGƏR XƏBƏRLƏR

Top