Xarici səyahətlərdə ən çox pul xərcləyən ölkə

Çinli turistlər 2016-ci ildə xarici səfərlər zamanı 2015-ci illə müqayisədə 12 faiz artıq pul xərcləyiblər. Bununla da Çin beynəlxalq turizmdə ən çox pul xərcləyən ölkə olub. “Yeniavaz.com”un “Dünya” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatının hesabatında deyilir. Belə ki, ötən il 135 milyon çinli turist xarici səfərlər zamanı 12 faiz artımla 261 milyon dollar xərcləyiblər. Çindən sonra ikinci yeri tutan ABŞ 121 milyard dollar xərcləyib. Sonrakı yerləri müvafiq olaraq Almaniya (81 milyard dollar), İngiltərə (64), Fransa (41) tutublar.

DİGƏR XƏBƏRLƏR

Top