Qadağan edilmiş türk pomidorlarının Rusiyaya gətirilmə sxemi

Rusiyaya gətirilməsi qadağan edilmiş türk pomidorları Mərakeş pomidorları adı altında ölkə bazarlarına çıxarılır. “Yeniavaz.com”un “Kommersant” qəzetinə istinadən verdiyi məluata görə, qanunsuz idxalın 50 faizə qədəri Türkiyənin payına düşür. Topdansatış alıcıları “Aqrobazar.ru” onlayn saytı vasitəsilə türk pomidorlarının tədarüklərini sifariş edə bilərlər. Sayt satışlarla məşğul olmur, bu sadəcə elanlar lövhəsidir. Server Nürnberqdə yerləşir. Orada 1 kiloqram türk pomidorunu 20-100 rubla almaq mümkündür. Yük Belarus və Qazaxıstan üzərindən göndərilir, tədarük isə Mərakeş sertifikatları üzrə həyata keçirilir. Hökumət bu sxemin mövcudluğundan xəbəri var, lakin bunun öhdəsindən gələ bilmir, çünki sayt Rusiyadan kənardadır. Bu vəziyyətdə ancaq ölkə ərazisində sayta girişi bloka almaq olar.

Xatırladaq ki, Türkiyə qırıcıları Rusiyaya məxsus “Su-24” bombardmançı təyyarəsini vurduqdan sonra Moskva 2016-cı ilin əvvəlində Türkiyədən tərəvəz və meyvələrin idxalına embarqo qoyub. Sonradan məhdudiyyətlərin müəyyən qismi ləğv edilib, lakin pomidorlar və xiyarlar qarşı qadağa qalıb. Ankara 2017-ci ilin martında isə Rusiyanı məhsullarının Türkiyəyə rüsumsuz ixrac hüququndan məhrum edərək, bəzi kateqoriyalı mallara qarşı qadağanedici rüsumlar tətbiq edib.

DİGƏR XƏBƏRLƏR

Top