Şimali Koreya raketlərinin hədəflərində olan ilkin obyektlər

Vaşinqton tərəfindən təcavüz olacağı təqdirdə, Şimali Koreya Seuldakı prezident iqamətgahına və Osan, Kunsan, Pxentxekdəki ABŞ hərbi bazalarına hücum edəcək. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Koreya xalq ordusunun baş qərargahının nümayəndəsinin bəyanatında deyilir. Bəyanatda qeyd edilir ki, bütün siyasi, iqtisadi və hərbi təxribat əməlləri ordu və xalq tərəfindən çox qüvvətli cavabla qətiyyətlə uğursuzluğa düçar ediləcək. Nümayəndə əlavə edib ki, Şimali Koreyanın cavabları arasında quruda, dənizdə və hava ilə xəbərdaredici zərbə variantları var: “Raketlər Yaponiyadakı Amerika bazalarına, eləcə də ABŞ ərazisinə tuşlanıb. ABŞ-ın “Karl Vinson” aviadaşıyıcı gəmisinə də zərbə vurmağa hazırıq”.

Xatırladaq ki, daha əvvəl verilmiş məlumata əsasən, ABŞ Pxenyanın nüvə silahının növbəti sınağının qarşısını almaq üçün Şimali Koreyaya xəbərdaredici zərbə vura bilər. Bu məqsədlə ABŞ Şimali Koreya sahillərinə iki esminets göndərib.

DİGƏR XƏBƏRLƏR

Top