Ermənistanın dövlət borcu 5 milyard 996 milyon dollardır

Ermənistanın dövlət borcunun böyük hissəsi Ümumdünya bankının payına düşür. "Yeniavaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Maliyyə nazirinin 2017-ci ilin birinci kvartalının nəticələri ilə bağlı hesabatında deyilir: "Ermənistanın dövlət borcu umumilikdə götürdükdə 2 trilyon 901 milyard dram və ya 5 milyard 996 milyon dollardır. Bunun 78,7 faizi xarici, 21,3 faizi isə daxili borcun payına düşür. Xarici borcun 49,9 faizi Ümundünya bankından, 32, 3 faizi isə güzəştli şərtlərlə Beynəlxalq inkişaf assosiasiyasından alınıb.

İnkişaf etmiş ölkələrdən Yaponiya Ermənistana daha çox kredit verib. Sonrakı yerlərdə isə Almaniya, Fransa və Rusiya gəlir. Avropa İttifaqı isə hər il Ermənistana 40-45 milyon avro qrant ayırır.

DİGƏR XƏBƏRLƏR

Top