Putinin gəlirləri və əmlakı açıqlandı

Rusiya prezidenti 2016-cı ildə 8 milyon 858 min 432 rubl qazanıb, bu da dövlət başçısının 2015-ci ildəki gəlirlərindən 33 min rubl azdır. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin gəlirləri, xərcləri və əmlakı haqqında bəyannaməsində deyilir. Ötən il V. Putinin orta aylıq gəliri 738 min rubl təşkil edib. 2015-ci ildə bu rəqəm təqribən 741 min rubl olub.

Prezidentin daşınmaz əmlakı və avtomobil parkı əvvəlki kimi qalıb. V. Putinin mülkiyyətində 1,5 min kvadratmetr torpaq sahəsi, 77 kvadratmetr mənzil və 18 kvadratmetr qarajı var. Onun istifadəsində, həmçinin 153,7 kvadratmetr mənzil və 18 kvadratmetr qaraj yeri mövcuddur. Bütün bu obyektlər Rusiyada yerləşir. V. Putin iki ədəd əntiq “Volqa” QAZ M21 avtomobilinə, “Niva” yolsuzluq avtomobilinə və “Skif” qoşqusuna malikdir.

2013-cü ildə prezidentin məvacibi 3,6 milyon rubldan çox, 2014-cü ildə 7,6 milyon rubl (iki dəfədən çox artım həmin vaxt məvacibləri tabeçiliyində olan məmurların gəlirlərindən geri qalan prezident və baş nazirə veriləcək pul mükafatının artımı haqqında fərmanla əlaqədardır), 2015-ci ildə isə təqribən 8,9 milyon rubl olub.

DİGƏR XƏBƏRLƏR

Top