Turistlər üçün ən təhlükləli ölkələr məlum oldu - Region ölkələrinin SİYAHISI

Azərbaycan biznes mühitinin əlverişliliyinə görə 136 ölkə arasında 57-ci sırada qərarlaşıb. "Yeniavaz.com" xəbər verir ki, bu barədə məlumat Dünya İqtisadi Forumunun (DİF) açıqladığı "Səyahət və Turizmdə Rəqabətlilik İndeksi-2017" (The Travel & Tourism Competitiveness Report 2017) adlı hesabatda yer alıb. Açıqlanan hesabatda qeyd olunur ki, ən əlverişli biznes mühiti Honq Konq, Sinqapur, İsveç, Böyük Britaniya və Birləşmiş Ərəb Əmirliklərində mövcuddur. Region ölkələri arasında isə ən yaxşı vəziyyət Gürcüstanda qeydə alınıb. Gürcüstan siyahıda 22-ci sırada qərarlaşıb. Digər region ölkələrindən Qazaxıstan 36-cı, Ermənistan 39-cu, Türkiyə 63-cü, İran 79-cü, Rusiya isə 105-ci sırada yer alıblar.

Hesabatda digər bir göstərici səyahət və turizm baxımından ən təhlükəsiz ölkələrlə bağlıdır. 136 ölkəni əhatə edən hesabatda Azərbaycan 35-ci sırada yer alıb. Ən təhlükəsiz ölkələrin sıralamasında ilk yerləri Finlandiya, Birləşmiş Ərəb Əmirlikləri, İslandiya, Oman, Honq Konq tutub. Region ölkələri arasında isə Gürcüstan 29-cu, Ermənistan 34-cü, Qazaxıstan 58-ci, İran 87-ci, Rusiya 109-cu, Türkiyə 116-cı, Ukrayna 127-ci sırada qərarlaşıb.

Səyahət və turizm sahəsində digər göstəricilər üzrə region ölkələrinin 136 ölkə arasındakı mövqeyi isə bu cür olub:

DİGƏR XƏBƏRLƏR

Top