Mingəçevirdə daha bir aprel şəhidinin il mərasimi keçirilib - FOTOLAR

Aprel döyüşlərindən 1 il ötür. Ötən ilin aprel ayında Ermənistan ordusunun çoxlu canlı qüvvəsini və hərbi texnikasını sıradan çıxaran qəhrəman əsgərlərimiz bir neçə düşmən postunu da məhv edərək strateji yüksəklikləri azad etdilər. Bu zaman torpaqlarımızın qorunmasında Azərbaycanın igid oğulları mərdlik, vətənə sadiqlik göstərərək, düşmən tapdağı altında olan torpaqlarımızı azad etmək üçün canlarından, qanlarından keçdilər. Aprel hadisələrində Mingəçevir 4 şəhid verdi. Mingəçevir rəhbərliyi şəhidlərin anım gününü yüksək səviyyədə qeyd edir. "Yeniavaz.com" xəbər verir ki, bu gün növbəti şəhidlərdən biri - Əhmədov Rüstəm Oruc oğlunun il mərasimi Şəhidlər Xiyabanında şəhər rəhbərliyinin, hüquq-mühafizə orqanlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə yad edilib. Xiyabanda təşkil olunmuş mərasimdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhuna dualar oxunub. Daha sonra Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, aprel döyüşlərində ermənilərin təxribatına cavab olaraq Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlığı yüksək dəyərləndirib.

Mərasimdə digər digər çıxış edənlər şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan igidlərimizin xatirəsinin mingəçevirlilərin qəlbində əbədi yaşayacağını bildiriblər. Şəhidin ailə üzvüləri onlara göstərilən diqqət və qayğya görə Prezident İlham Əliyevə minnətdarlıq bildiriblər.

Qeyd edək ki, kiçik cavuş Əhmədov Rüstəm Oruc oğlu 2016-cı il aprel ayının 14-də Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. Əhmədov Rüstəm Oruc oğli göstərdiyi şücaətə görə ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunub.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top