Fransada erməni terrorçunun adına meydan açılır

Fransada erməni terrorçu Soqomon Teyleryanın adına yeni meydan açılacaq. "Yeniavaz.com"-un 1in.am-a istinadən verdiyi məlumata görə, Marsel şəhəri merinin razılığı və Fransadakı erməni lobbisinin maliyyəsi ilə qondarma erməni soyqırımının 102-ci illiyi terrorçu Soqomon Teyleryanın adın açılan meydanla qeyd ediləcək. Tədbirdə Marsel şəhər meri Jan-Klod- Qoden, Eks-an-Provans kommunasının rəhbəri İv Moren, həmçinin erməni icması və ermənipərəst xadimlərin iştirak edəcəyi gözlənilir. Xatırladaq ki, Soqomon Teyleryan 1921-ci ildə Berlində Mehmet Tələt Paşanı öldürmüş və bunu ondan ermənilərin qisasını almaq məqsədi ilə etdiyini bildirmişdi. Almaniya məhkəməsi isə ermənilərin təzyiqləri altında Teyleryanı günahsız hesab edərək azadlığa buraxmışdı.

DİGƏR XƏBƏRLƏR

Top