Tağı Əhmədovun maraqlı görüntüsü yayıldı - VİDEO

Aprelin 13-də AzTV kanalında VI "Muğam Televiziya Müsabiqəsi-2017″nin növbəti turu keçirilib.

"Yeniavaz.com" saytı "A24.az”a istinadən xəbər verir ki, 16 yaşlı Almaxanım Əhmədli çıxışı ilə münsifləri heyrətləndirib. Çıxışından sonra Almaxanımın ifasını qiymətləndirən münsiflər ona daha yüksək qiymət vermək istəyiblər.

Qeyd edək ki, muğam müsabiqəsində tanınmış məmurlarla yanaşı Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov da iştirak edib. Munsiflərin arxa tərəfində əyləşən Tağı Əhmədov münsiflər iştirakçıların çıxışlarını qiymətləndirən zaman onun telefonla məşğul olması diqqət çəkib.

Tagi Ehmedov

DİGƏR XƏBƏRLƏR

Top