Bu küçədə hərəkət qismən məhdudlaşdırılıb

Səməd Vurğun küçəsi Zabitlər bağının qarşısında (Təzə bazar ist.) aparılan təmir işləri ilə əlaqədar yolun 2 hərəkət zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Bu barədə "Yeniavaz.com"a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. Sürücülərə alternativ olaraq Azadlıq və Bülbül prospektlərindən istifadə etməkləri tövsiyə olunur.

DİGƏR XƏBƏRLƏR

Top