Qırğızıstan da latın əlifbasına keçir

Kiril əlifbası Qırğızıstanın elmi-texniki inkişafı, modernləşmə yolunda cidid maneəyə çevrilib. "Yeniavaz.com"un "centrasia.org" saytına istinadən verdiyi məlumata görə, bunu parlamentin iclasında Ata Məkan fraksiyasından olan deputat Kanıbek İmanaliyev deyib: "Kirill əlifbası bizim intellektual sərvətimizdir, ondan biz istifadə etməkdə davam edəcəyik. Lakin bütün hallarda latin əlifbasına keçməli olacağıq. Zənnimcə bu proses 2030-2040-cı illərdə və ya daha tez başa çatacaq. Bizim elmi-texniki inkişafa nail olmağımız üçün latın əlifbasından istifadə etməyimiz qaçılmazdır". O latın əlifbasına keçid üçün indidən hazırlaşmağın və onu tədricən ölkədə tətbiq etməyin vacibliyini vurğulayıb. Öz növbəsində "Bişkek axşamları" qəzetinin hökumətdəki mənbələrə istinadən yazdığına görə, yaxın günlərdə latın əlfbasına keçidlə bağlı prezident Almazbek Atambayev tərəfindən xüsusi sərəncam imzalanacaq.

DİGƏR XƏBƏRLƏR

Top