Amerikalı müğənni Britanıyanı “erməni soyqırımı”nı tanımağa çağırıb

Erməni əsilli amerikalı müğənni və aktrisa Şer (əsl adı Şerilin Sarkisyan) Böyük Britaniya hökumətini 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanımağa çağırıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, müğənni deyib ki, Vaşinqton və London ermənilərin ölümünü soyqırım kimi tanımaqdan imtina edirlər. Şer bildirib: “Biz kiçik ölkəyik. Ermənistanın dənizə çıxışı yoxdur. Neftimiz yoxdur. Onlara veriləsi heç nəyimiz yoxdur”. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp “soyqırımı” tanımağa hazırlaşmır.

DİGƏR XƏBƏRLƏR

Top