Türkiyə ilə sərhəddə kürd dövlətinin qurulmasına icazə verməyəcəyik. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kütahyada çıxışında bəyan edib. Dövlət başçısı qeyd edib ki, Türkiyənin heç kimin torpağında gözü yoxdur: "Məzlumun torpağını özünə verəcəyik". R.T.Ərdoğan bildirib ki, koalisiya qüvvələri ilə müzakirələr davam edir: "İstər PYD (kürdyönlü Demokratik Birlik Partiyası) olsun, istərsə də YPG (PYD-nin silahlı qanadı), onlara bizimlə sərhəddə dövlət qurmağa icazə verməyəcəyik. Yeni dünya nizamı prosesində gözlərini ölkəmizə dikənlər qarşılarında 80 milyon vətəndaşımızı görəcəklər".Trend