"Əlini verməyən kişi deyil" - Bakı polisindən intihar etmək istəyənə ŞƏRT VİDEO

Bakı şəhərində intihara cəhd hadisəsi qeydə alınıb.

Şəhərin Nəsimi rayonundakı mikrorayonların birində özünə qəsd etmək istəyən şəxs binanın damına çıxıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Beşmərtəbəli binanın damına çıxan polis özünü aşağı atmaq istəyən şəxsi qeyri-adi üsulla xilas edib.

Polis serjantı özünə qəsd etmək istəyən şəxsə yaxınlaşaraq: "Əlini mənə ver, verməyən kişi deyil, verməyən alçaqdır", -deyib.

Belə bir ifadə nəticəsini verib. Çox güman ki, söyüş götürməyən şəxs əlini polisə uzadıb və onu damdan endiriblər.1news.az

intihar

DİGƏR XƏBƏRLƏR

Top