Son 3 ayda Azərbaycana 30 milyon dollarlıq siqaret gətirilib

Bu ilin yanvar-mart ayları ərzində ölkəyə 298,5 milyon dollar dəyərində ərzaq məhsulları gətirilib ki, bunun 38,2 milyon dolları buğdanın, 41,3 milyonu meyvə-tərəvəzin, 37,5 milyon dolları şəkərin, 30,6 milyon dolları isə bitki və heyvan mənşəli piylər və yağların payına düşüb. "Yeniavaz.com" Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, 2016-cı ilin yanvar-mart ayları ilə müqayisədə buğda idxalı 2,6% azalıb, şəkər idxalı 2 dəfə artıb, meyvə-tərəvəzin idxalı isə 4,5% azalıb. Həmçinin tütün və tütün məhsulları ilə əczaçılıq məhsulları da ən çox satın alınan məhsullar sırasında olub. Bu məhsulların ölkəmizə gətirilməsi üçün bu ilin ilk 3 ayı ərzində müvafiq olaraq 30,2 və 38,7 milyon dollar ödənilib. Son bir ildə tütün və tütün məmulatların idxalı dəyər ifadəsində 29,7%, əczaçılıq məhsullarının idxalı isə dəyər ifadəsində 3,1% artıb.

DİGƏR XƏBƏRLƏR

Top