Ölkəyə gətirilən avtomobillərin sayı və təyinatı açıqlandı

Cari ilin yanvar-mart aylarında ərzində Azərbaycana 1431 ədəd avtomobil idxal olunub. "Yeniavaz.com" Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, bu rəqəm 2016-cı ilin yanvar-mart ayları ilə müqayisədə 69 ədəd yaxud 5,1% çoxdur. Hesabat dövründə avtomobil idxalının 82,8%-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Belə ki, 2017-ci ilin yanvar-mart ayları ərzində bu nəqliyyat vasitələri üzrə 1185 ədəd idxal qeydə alınıb ki, bu da 2016-cı ilin ilk iki ayı ilə müqayisədə 50 ədəd və ya 4% çoxdur. Hesabat dövründə 195 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri idxal olunub ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Bunlardan başqa 3 ay ərzində 26 ədəd xüsusi təyinatlı nəqliyyat vasitələri, 25 ədəd 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri idxal olunub.

DİGƏR XƏBƏRLƏR

Top