Gürcüstan Rusiyadan Ermənistana qaz nəqlinə mane olmayacaq

Gürcüstanın 2017-ci ildə Rusiyadan qaz almaması üçün kifayət qədər çoxlu səbəbləri var. "Yenivaz.com"un tert.am-a istinadən verdiyi məlumata görə, bunu Avropa Tədqiqatlar Fondunun Strateji və beynəlxalq araşdırmalar üzrə Gürcüstan bölməsinin direktoru Kaxa Qoqolaşvili deyib. O xatırladıb ki, Gürcüstan Azərbaycandan qaz alır və eyni zamanda tranzitə görə də qaza olan tələbatını ödəyir: "Bununla bağlı Azərbaycanla hər hansı problemimiz yoxdur. Ancaq Rusiya onlardan aldığımız qazdan bizə qarşı təzyiq vasitəsi kimi istifadə edir və bununla razılaşmaq çox çətindir. Qaza görə Azərbaycandan ola biləcəyimiz asılılığa gəlincə, bu qarşılıqlıdır. Çünki Azərbaycanın da qazını bizim ərazimizlə dünya bazarına nəql etməkdən başqa alternativi yoxdur. Ona görə də Azərbaycanın bu məsələdə bizə hansısa təzyiq göstərəcəyini düşünmürəm".

Qoqolaşvili həmçinin deyib ki, Gürcüstan Rusiyadan qaz alınmasını dayandırsa da, bununla bağlı Ermənistana zərər vura biləcək addım atmayacaq: "Ermənistan və Gürcüstan tərəfdaş ölkələrdir. Ona görə də Gürcüstan öz ərazisi ilə Rusiyadan Ermənistana qaz nəqlinə mane olmayacaq. Biz Rusiya ilə münasibətlərmizdəki gərginliyin Ermənistana hansısa formada təsir etməsini istəmirik və buna yol verməyəcəyik".

DİGƏR XƏBƏRLƏR

Top